Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

S.Xankişiyeva12:56 - 27 / 04 / 2021
Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov deyib.

Ə.Əmraslanov bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda yaşı 40-dan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda yaşı 40-dan aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər