Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

1news Redaksiyası17:20 - Bu gün
Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Noyabrın 21-də Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, Adil Kərimli forumun təşkilinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər