Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat yönündə əməkdaşlığa başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat yönündə əməkdaşlığa başlayır

S.Xankişiyeva14:35 - 29 / 04 / 2021
Azərbaycan Beynəlxalq Bankı daha bir Rusiya bankı ilə ixracat yönündə əməkdaşlığa başlayır

Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb. Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib.

Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur. Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: “Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.

Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: «Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
371

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər