Nazirlik Azad Rəhimovun ölümü ilə bağlı məlumatları təkzib etdi
Azərbaycan Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun ölümü ilə bağlı məlumatları təkzib edib.
İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova 1news.az- a bildirib ki, nazirin vəziyyəti ağırdır, amma ürəyi döyünür.
Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsinin(MOK) rəsmi "Facebook" hesabında nazirin ölümü ilə bağlı məlumat yayılmışdı, lakin bir müddət sonra onu silindi.
1news.az-da MOK nəşrinin ekran görüntüsü var.
1490