Bu gündən “Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən “Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır

Qafar Ağayev09:11 - 03 / 05 / 2021
Bu gündən “Vaxzevria” peyvəndinin istifadəsinə başlanılır

Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət”AstraZeneca”) də istifadə edə biləcəklər. "Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər