Hafizələrimizdə, yaddaşlarımızda qalan, hələ də silinməyən 8 may... | 1news.az | Xəbərlər
Köşə

Hafizələrimizdə, yaddaşlarımızda qalan, hələ də silinməyən 8 may...

14:50 - 08 / 05 / 2021
Hafizələrimizdə, yaddaşlarımızda qalan, hələ də silinməyən 8 may...

Jalə ƏLİYEVA
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini

Bu gün mayın 8-dir...
Hafizələrimizdə, yaddaşlarımızda qalan, hələ də silinməyən 8 may...
8 may deyəndə əlbəttə ki, yadımıza Qarabağımızın, can Azərbaycanımızın dilbər guşəsi, göz bəbəyi Şuşanın 29 il öncə murdar düşmənlər və onların qanlı havadarları tərəfindən işğalı düşür.
Xatırlamaq istəməsək də, yaddaşımızdan izlərini nə qədər silməyə çalışsaq da, hələ ki, mümkün deyil, buna zaman lazımdır.
Bəli, 8 rəqəmi bizə həm də Ağ Günün, Zəfər Gününün işarəsi, işarəti, Tarixidir!
Bəli, məhz 8 rəqəmi ilə başlanan qızılı bir payız günündə - düz 6 ay öncə Şuşanın 28 il 6 aylıq işğalına, Şuşasızlıq həsrətimizə birdəfəlik son qoyduq. Şuşa ilə bərabər həm də Qarabağsızlığıa son qoyuldu, son qoyduq.
Müzəffər, Qalib Ali Baş Komandan və onun Şanlı, Rəşadətli Ordusu, İgid, Qorxmaz, Dastan yazan Əsgəri bu həsrətə son qoydu!
Şuşanın azad olunması cəmi iki gün sonra tarixi Qələbəni, möhtəşəm Zəfəri şərtləndirdi, sonuclandırdı, düşməni, düşmənləri diz çökdürdü.
Biz artıq dağlı-aranlı Qarabağlı və Qarabağlı vahid Azərbaycan olduq!
Bizik artıq Qarabağ, bizik artıq 86, 6 min kvadratkilometrlik Azərbaycanın Şimalından Cənubuna, Qərbindən Şərqinədək sahibi, yiyəsi, bizik artıq Qalib Azərbaycan!
Kimsə artıq Qarabağı bizdən ala, bizdən qopara bilməz! Bu, mümkün deyil və olmayacaq!
Qalib Ali Baş Komandanın da şəstlə, Qürurla dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Bəli, həyatda təsadüflər olmur və təsadüflərə də inanmıram.
8 maydan bir gün öncə, məhz 7 may 2021-ci il tarixində Müzəffər, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev növbəti-tarixi bir qərara, Sərəncama öz mübarək imzasını atdı, Şuşanı bir daha dirçəltdi, bir daha yaşatdı.
Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Bununla bir daha hələ də gözünü Şuşadan, Qarabağdan, Azərbaycandan çəkə bilməyənlərə çalın-çarpaz dağ şəkildi, göz dağı verildi. Bu Sərəncam Qələbəyə, Zəfərə bərabər bir ali Sənəd oldu.Tarixdə də məhz belə qalacaq!
Sərəncamda da deyildiyi kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.


Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram: Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin”-deyə, Sərəncamda sonra qeyd edilir.


Bəli, hər birimizin sevincdən, fərəhdən gözünü yaşardan, qəlbini fərəhləndirən, riqqətləndirən bir addım!
Var olun, bizi addım-addım, misqal-misqal Qələbələrdən Qələbələrə, Zəfərlərdən Zəfərlərə çatdıran Ali Baş Komandanım, Qalin Sərkərdəm! Sizinlə bu günə kimi, çox olmazları olar, çox namümkünləri mümkün etmişik, bundan sonra da edəcəyik, birgə nail olacağıq, birgə bacaracağıq, hələ çox Qələbə, Zəfər Dastanı yazacağıq! Duaçıyıq, minnətdarıq! Addımın mübarək, gözün aydın olsun, Şuşam, can Azərbaycanım!

Paylaş:
5207

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər