Baş Prokurorluq keçmiş bələdiyyə sədri ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq keçmiş bələdiyyə sədri ilə bağlı məlumat yayıb

S.Xankişiyeva13:39 - 22 / 05 / 2021
Baş Prokurorluq keçmiş bələdiyyə sədri ilə bağlı məlumat yayıb

Bəzi kütləvi informasiya vasitələrində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, konkret faktlara əsaslanmayan, dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar tərəfimizdən təkzib olunur:

"Bildiririk ki, Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev 17 yanvar 2020-ci il tarixdən 7 aprel 2020-ci il tarixədək rəhbərlik etdiyi qurumun digər 2 nəfər vəzifəli şəxsi ilə birlikdə qabaqcadan əlbir olaraq koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı şəxslərə 24 halda sərbəst hərəkətlərinə icazələrin verilməsi üçün saxta arayışlar vermək müqabilində təkrarən rüşvət alıb, özü üçün qanunsuz üstünlük əldə etməklə vəzifə saxtakarlığı törədib".

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.

23 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təsdiq edilərək, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.

Paylaş:
386

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər