ABŞ-ın keçmiş səfiri: Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın keçmiş səfiri: Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi

S.Xankişiyeva14:03 - 22 / 05 / 2021
ABŞ-ın keçmiş səfiri: Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi

"Ağdamda gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gördüyümüz mənzərə ürəkağrıdıcıdır".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə,bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərin bərpası xeyli zaman alacaq: "Bununla belə, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi çox yaxşı haldır. Biz Azərbaycan və Ermənistanın tezliklə mehriban qonşuluq şəraitində yaşamalarını arzulayırıq".

Qeyd edək ki, ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər