Vətən müharibəsinin şəhidi Tovuzda dəfn olunub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Vətən müharibəsinin şəhidi Tovuzda dəfn olunub - FOTO - YENİLƏNİB

S.Xankişiyeva12:45 - 22 / 05 / 2021
Vətən müharibəsinin şəhidi Tovuzda dəfn olunub - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi dəfn olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, şəhid Nağıyev Pərviz Güloğlan oğlu bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

10:25

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Guloğlan oğlunun meyiti aşkar olunub.

Tovuz Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər