Modul tipli məktəblərin quraşdırılmasına 10 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Modul tipli məktəblərin quraşdırılmasına 10 milyon manat ayrılıb - SƏRƏNCAM

13:51 - 26 / 05 / 2021
Modul tipli məktəblərin quraşdırılmasına 10 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 26 may tarixli Sərəncamına

Əlavə

Sıra

№-si

Tədbirin adı

Ayrılan vəsait

(manatla)

İcra müddəti

1.

Ağsu rayonunun Təklə kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

2.

Cəlilabad rayonunun Şorbaçı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

3.

Cəlilabad rayonunun Şükürlü kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

4.

Cəlilabad rayonunun Alaşar kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

5.

Cəlilabad rayonunun Hasıllı kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

350.000,0

2021

6.

Cəlilabad rayonunun Cəfərli kəndində 20 şagird yerlik modul tipli ibtidai orta məktəbin quraşdırılması

207.000,0

2021

7.

Cəlilabad rayonunun Albalan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382.000,0

2021

8.

Daşkəsən rayonunun Qabaqtəpə kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

382.000,0

2021

9.

Daşkəsən rayonunun Qaratağlar kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

256.000,0

2021

10.

Gədəbəy rayonunun Pərizamanlı kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

382.000,0

2021

11.

Gədəbəy rayonunun Qaravəlilər kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

283.000,0

2021

12.

Xaçmaz rayonunun Xudatkənd kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425.000,0

2021

13.

İmişli rayonunun Axıcanlı kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425.000,0

2021

14.

İmişli rayonunun Məmmədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

382.000,0

2021

15.

Qax rayonunun Çüdüllü kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

283.000,0

2021

16.

Quba rayonunun Şuduq kəndində 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

256.000,0

2021

17.

Quba rayonunun Qrız kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

207.000,0

2021

18.

Qusar rayonunun Qənərçay kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

283.000,0

2021

19.

Qobustan rayonunun Ərəbşahverdi kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

350.000,0

2021

20.

Lerik rayonunun Şonayçola kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

283.000,0

2021

21.

Lerik rayonunun Ordahal kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

207.000,0

2021

22.

Sabirabad rayonunun Qaragünə kəndində 1 nömrəli 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

424.000,0

2021

23.

Şabran rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

256.000,0

2021

24.

Şamaxı rayonunun Pirpəhli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması

256.000,0

2021

25.

Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

26.

Tovuz rayonunun Baqqallı kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

283.000,0

2021

27.

Tovuz rayonunun Pələkli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması

256.000,0

2021

28.

Tərtər rayonunun Şıxarx kəndində 1 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

29.

Ucar rayonunun Yuxarı Şilyan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382.000,0

2021

30.

Yardımlı rayonunun Arvana kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

31.

Yardımlı rayonunun Bərcan kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

350.000,0

2021

Cəmi:

10.000 000,0

1news.az

Paylaş:
453

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər