Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi | 1news.az | Xəbərlər
Siyasət

Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi

S.Xankişiyeva16:12 - 27 / 05 / 2021
Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar müəyyən edilir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Dəyişikliklər haqqında deputat Arzu Nağıyev məlumat verib. A.Nağıyev bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

A.Nağıyev qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək.

Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər