Oklahoma qubernatoru 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib | 1news.az | Xəbərlər
Siyasət

Oklahoma qubernatoru 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

12:17 - 28 / 05 / 2021
Oklahoma qubernatoru 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının elan edildiyi və 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqilliyini bərpa etdiyi xatırlanır, müstəqil Azərbaycanın atdığı mütərəqqi addımlar vurğulanır və Azərbaycanın həm ABŞ, həm də Oklahoma ştatı ilə tərəfdaşlığı təqdir olunur.

2021-ci ildə Azərbaycanın Oklahoma ştatı ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığının 18-ci ildönümümün tamam olduğu və Oklahoma Milli Qvardiyasının cəlb olunduğu bu tərəfdaşlığın iqtisadiyyat, neft, təbii qaz və kənd təsərrüfatı kim sahələri əhatə etdiyi qeyd olunur.

Həmçinin 2021-ci ildə Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığının 27-ci ildönümünü qeyd etdiyi və Azərbaycanın terrorçuluğa qarşı mübarizə məqsədilə ABŞ-a davamlı dəstək və yardım göstərdiyi vurğulanır. Bəyannamədə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan birinci dövlət kimi qadınlara səsvermə hüququnu təmin etdiyi və bir sıra proqressiv tədbirlər həyata keçirdiyi vurğulanır.

Azərbaycanın ABŞ ilə enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi sahələrində birgə maraqlar bölüşdüyü diqqətə çatdırılır. Eyni zamanda, Azərbaycanın sülh, rifah, təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiqliyi nəticəsində regionda lider dövlətə çevrildiyi və bu cür liderliyin müxtəlif sahələrdə imkanlar yaratdığı vurğulanır. Sonda bəyannamədə Azərbaycan Oklahomanın yaxın dostu, müttəfiqi və tərəfdaşı kimi xarakterizə olunur.

Azərbaycan 2003-cü ildən Oklahoma Milli Qvardiyası ilə Ştat Tərəfdaşlıq Proqramına malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə dialoq aparılır və NATO qüvvələri ilə uyarlılığın artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanları genişləndirilməsi, kənd təsərrüfatı kimi sahələrdə təcrübə mübadiləsi və praktik layihələr həyata keçirilir.

2019-cu ildə Oklahomada Azərbaycanla kənd təsərrüfatı forumu keçirilmiş, 2020-ci ildə Oklahoma Ştat Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Azərbaycan tələbələrinin Oklahomada ştat-daxili qiymətlərlə təhsilinə imkan yaradan birgə proqram təsis edilmişdir. Hazırda Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, o cümlədən taxılçılıq və maldarlıq kimi sahələrdə əlavə əməkdaşlıq, eyni zamanda Oklahoma şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası layihələrinə cəlb olunması imkanları nəzərdən keçirilir.

1news.az

Paylaş:
391

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər