Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu imzalanıb

13:12 - 31 / 05 / 2021
Azərbaycanla Türkiyə arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan ilə Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb.

1news.az Trend-ə istinadən bildirir ki, imzalanma mərasimi Baş Prokurorluqda keçirilib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

Mərasim zamanı ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyi bildirilib.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər