İsrailin yeni prezidenti seçilib | 1news.az | Xəbərlər
Siyasət

İsrailin yeni prezidenti seçilib

17:35 - 02 / 06 / 2021
İsrailin yeni prezidenti seçilib

İsrailin yeni prezidenti seçilib.

1news.az bildirir ki, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

1news.az

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər