Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırıb.
1news.az xəbər verir ki, bununla bağlı "Twitter" hesabında paylaşım edən H.Hacıyev deyib:
"AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar. Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!".
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.
1news.az