Ceyhun Bayramovla Mövlut Çavuşoğlu arasında telefon danışığı olub
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, nNazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.
Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
1news.az
401