Azərbaycanlı jurnalistlərin faciəvi ölümü məni sarsıdıb - UNESCO-nun baş direktoru
Azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olması məni sarsıdıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə UNESCO-nun baş direktoru Odre Azulenin bəyanatında deyilir.
Baş direktor öz bəyanatında azərbaycanlı jurnalistlərin ölümünü kəskin pisləyib: "Jurnalistlər peşəkar fəaliyyətlərini şəxsi təhlükəsizliklərini riskə atmadan həyata keçirmək imkanına malik olmalıdır".
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.
1news.az