“Mərcan”ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı oldu - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mərcan”ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı oldu - FOTO - VİDEO

11:10 - 07 / 06 / 2021
“Mərcan”ın ən müasir tələblərə cavab verən quş damlarının açılışı oldu - FOTO - VİDEO

İyunun 3-də Ucar rayonunda Azerbaijan Poultry Company-nin “Mərcan” Brendi üçün 14 yeni quş damının açılışı olub. Tədbirdə Ucar rayon İcra başçısı, KİV nümayəndələri, tanınmış influenserlər və o cümlədən din xadimi iştirak ediblər.

Mərasimi LU-MUN Holding-in İdarə heyətinin sədri Rüfət Tabasaranski açaraq holdinq və onun törəmə təsərrüfat cəmiyyətləri haqqında məlumat verib:

“Hələ 2012-ci ildə ilk təməli qoyulmuş “Mərcan” quşçuluq ferması yaşının az olmasına baxmayaraq iri addımlarla inkişaf etməkdə davam edir. Yarandığı gündən etibarən keyfiyyətə, halallığa, yüksək standartlara əhəmiyyət verən şirkət bu prinsiplərdən yayınmadan böyüyür, alıcılarını məmnun etmək üçün daim yenilikliklər axtarır.

Bazara yeni daxil olanda ilkin istehsal gücü ildə 7.3 min ton olduğu halda, hazırda “Mərcan” quşçuluq ferması ildə 14.6 min ton təmiz ət məhsulu təminatını qarşılamağa qadirdir. Ölkə prezidenti, cənab İlham Əliyevin ərzaq istehlakının əhəmiyyətli dərəcədə artırılması və tədricən qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması,o cümlədən yeni iş yerlərinin yaradılması istiqamətində imzaladığı sərəncama uyğun addımlar ataraq dövlət siyasətini dəstəklən şirkət bütün dünyanın yaşadığı çətin pandemiya dövrünün ilk günlərindən şirkətimiz davamlı və fasiləsiz məhsul təminatı ilə vətəndaşlarımızın xidmətində durur.”- deyə R.Tabasaranskiy qeyd etdi.

Bu layihənin planlaşdırılmasına 2019-cu ilin aprel ayında start verilib və planlaşdırılan zamanda tikinti başa çatıb. Nəticədə müasir tələblərə cavab verən, Azərbaycanda analoqu olmayan 14 yeni müəssisə bugündən fəaliyyətə başlayır. Mövcud pandemiya şəraiti və yaxın keçmişdə yaşadığımız müharibənin iqtisadiyyatımıza təsirsiz ötüşmədiyi dövr belə bu planın reallaşmasına mane ola bilmədi.

“Yeni müəssisələrin xüsusi üstünlüyü tam avtomatlaşdırılmış iqlim nəzarəti və baxım normativləridir. Bu yetişdirmə damları operatorsuz çalışa bilən, insanla minimal kontaktı olan obyektlərdir. Yemləmə, su verilmə, havalandırma, gecə gündüz iqlim nəzarəti avtomatlaşdırılmış rejimdə mərkəzi kompüter vasitəsilə idarə olunur. Həmçinin damlar quşaların çəkisi, davranışı, narahatlığı və digər məlumatı mərkəzləşdirərək ümumi serverə ötürə bilir. Damda hər hansı gözlənilməz hal baş verdikdə, məsələn, temperatur düşdükdə, təzyiq qalxdıqda - endikdə mühəndis qrupu, sahə rəislərinə sistem tərəfindən sms ilə xəbərdarlıq göndərilir.

Bu damlar sağlam və keyfiyyətli Mərcan toyuq əti istehsalının əsas təməlidir.” -deyə Mərcan quşçuluq fermasının direktoru Pərviz Hacıyev qeyd edib.

“Yarandığı gündən “Mərcan” brendi ilə tanınan Azerbaijan Poultry Company Ucar sakinlərinin həyatı ilə yaxından maraqlanan, buradakı yüzlərlə insanın işlə təmin olunmasına səbəb olan, imkansız, qayğıya ehtiyacı olan ailələrə dəstək olan şirkətdir.” – deyə Ucar rayon icra başçısı Mənsur Məmmədov çıxında söylədi.

Qımızı lenti kəsmə mərasimindən sonra qonaqlar yeni müəssələrdən birinin ziyarət etdilər. Daha sonra onları quş emalı zavoduna dəvət etdilər. “Mərcan” toyuq məhsullarının ərsəyə gəlməsi ilə yaxından tanışlıqdan sonra tədbir başa çatdı.

Reklam hüququnda

Paylaş:
2319

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər