Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana təqdim edilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana təqdim edilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir - Vüqar Rəhimzadə

10:54 - 14 / 06 / 2021
Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana təqdim edilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir - Vüqar Rəhimzadə

“Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında yeni mərhələyə-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti xeyli dərəcədə hər zaman qeyd edildiyi kimi, ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Çünki düşmən işğalından azad edilmiş torpaqlarımızda təhlükəsizliyi təmin etmədən bərpa və quruculuq işlərinin həyata keçirilməsi mümkünsüzdür".

1news.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib:

"Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi və bununla da düşmən 100-dən artıq hərbçimizin, mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasına, yaxud yaralanmasına səbəb olmuşdur. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürür. Reallıq bundan ibarətdir ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində yeni səhifə açılır, Azərbaycan qarşı tərəfə sülh razılaşması ilə bağlı təkliflərini təqdim edir, amma Ermənistan bu reallıqlarla barışmaq əvəzinə təxribatçı əməllərini davam etdirir.”

V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir: “Ermənistan 44 günlük müharibə dövründə Azərbaycanın “Dəmir yumruq” əməliyyatının nəyə qadir olduğunu gördü. Ən əsası 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına icra etməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur və hər bir məsələnin həllində mütləqdir. Gec-tez haqqın, ədalətin bərpası qaçılmazdır. Bu baxımdan Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi növbəti siyasi və diplomatik uğurumuzdur.”

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev iyunun 12-də on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yarandığını və Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesinə dərhal başladığını önə çəkən dövlətimizin başçısı bir daha vurğuladı ki, vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. İndi yüz minlərlə azərbaycanlı geriyə qaytarılmalıdır. Lakin minalara görə bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmış və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın Azərbaycana mina xəritələrini vermədiyinə görə həlak olub və ya yaralanıb. “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq” söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə etmişdir ki, tezliklə yaxşı xəbərlər olacaq. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir.”

“İyunun 12-də Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin ifadə etdiyi əminliyin, dövlətimizin uğurlu siyasətinin nümayişidir” söyləyən V.Rəhimzadə Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla Gürcüstan Hökumətinin dəstəyi, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi qeyd edilir.

Baş redaktor mayın 28-də dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş Ağdam şəhərinə növbəti səfəri çərçivəsində Ağdam şəhərinin Baş Planının təqdim olunması mərasimini xatırladaraq Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsinin nəzərdə tutulan işlərin qısa zamanda görülüb başa çatdırılacağına dəstəyini xüsusi vurğulayıb: “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Həmçinin təməli qoyulan sosial layihələrin icrası sürətlənəcək, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvasına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımıza tarixi Qələbəmizin bəxş etdiyi sevinc Böyük Qayıdışın reallığa çevrilməsi ilə onların “artıq biz qaçqın deyilik” istəklərini həyata keçirəcək. Artıq Böyük Qayıdış tezləşir. Dövlətimizin başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və bundan sonra Ağdam rayonunda çox görüşəcəyik. Bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.”

1news.az

Paylaş:
354

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər