Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb

11:39 - 16 / 06 / 2021
Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb

Bir qrup jurnalistin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb.

1news.az-ın xəbərinə görə, səfər Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə keçirilir.

Səfər zamanı jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tuneldə, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olacaqlar.

1news.az

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər