Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO

17:56 - 17 / 06 / 2021
Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO

Sumqayıt şəhər bulvarında acınacaqlı vəziyyət höküm sürür. Bulvar ərazisindən gələn kəskin üfunət bura istirahətə gələn vətəndaşları narahat edir. Sakinlər ərazidə pis qoxu səbəbindən gəzə bilmədiklərini deyirlər. Bəs problemin yaranmasına səbəb nədir? Əməkdaşlarımız məsələni araşdırıb.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, havaların isti keçdiyi bir vaxtda Sumqayıt bulvarından gələn kanalizasiya qoxusu sakinlərin buraya istirahətə gəlməsinə mane olur. Müxtəlif resatoran və əyləncə mərkəzlərinin yerləşdiyi bulvar ərazisində problem dözülməz həddə çatıb.

Bulvar ərazisində çəkiliş apardığımız zaman məlum oldu ki, məhz üfunət səbəbindən bura gələnlərin sayında da azalma var. Sumqayıt sakinləri deyir ki, bu vaxta qədər bulvar ərazisində belə bir problem yaşanmayıb.

Bəs bulvarda yaranan bu problemə səbəb nədir? Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tabeliyində '' Sumqayıt Bulvar'' Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri isə bildirdi ki, əraziyə texnikalar cəlb edilib və problem aradan qaldırılır.

Bulvar İdarəsindən o da bildirildi ki, yaranmış problem qısa vaxt ərzində tam həllini tapacaq.

1news.az

Paylaş:
705

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər