Xəzərin ətraf mühitinin neftlə çirklənməsi ilə mübarizə aparacaq orqan müəyyən edilib - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Xəzərin ətraf mühitinin neftlə çirklənməsi ilə mübarizə aparacaq orqan müəyyən edilib - SƏRƏNCAM

14:15 - 17 / 06 / 2021
Xəzərin ətraf mühitinin neftlə çirklənməsi ilə mübarizə aparacaq orqan müəyyən edilib - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərəncama əsasən 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərməlidir.

1news.az

Paylaş:
355

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər