Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

16:40 - 19 / 06 / 2021
Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştamı aşkar edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını bildirirlər. Həkimlərin sözlərinə görə, Hindistan ştamı (Delta ştamı) daha sıx olduğundan, orqanizmə daha asanlıqla düşə bilir. Əsasən, gənclərin və uşaqların yoluxduğu koronavirusun bu növünün daha ağır fəsadları müşahidə edilir. Xəstələr trombların yaranması, insult, qanqren, ağciyər arteriyalarının tromboemboliyası, psixikanın pozulması və digər fəsadlarla üzləşir. Yeni ştamın simptomları əvvəlkindən fərqləndiyindən, bir çox hallarda insanlar koronavirusa deyil, adi respirator xəstəliklərə yoluxduqlarını zənn edir və fəal həyat tərzi sürürlər. Belə ki, Delta ştamı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və başağrısı, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir.

Rusiyada istifadə olunan “Sputnik V” və digər peyvəndlərin virusun bu növü ilə mübarizədə az səmərəli olduğu da məlumdur. Eyni zamanda, Nyu-Cersidəki Rattgers Universitetinin professoru Konstantin Severinov bildirib ki, yeni ştam peyvənd olunmamış orqanizmə düşür, xəstələrin sayı artır və beləliklə də virus aqressivləşərək peyvənd olunmuş adamlara da yoluxur. Professor çıxış yolunu yalnız kütləvi şəkildə peyvənd olunmaqda görür. Əks halda, onun fikrincə, ölkələrin səhiyyə sistemlərini yeni sınaqlar gözləyir. Delta ştamı, həmçinin peyvənd vurulmuş insanlarda immun müqavimətini bir neçə dəfə azaldır.

İyunun 19-da Rusiyada 17 906 nəfərdə koronavirus aşkarlanıb. Moskvada isə pandemiya başlananda ən yüksək göstərici - 9 120 xəstə qeydə alınıb. Moskvada iki ay ərzində idarə və müəssisələrin işçilərinin icbari peyvəndlənməsinə başlanır. Miqrantlara isə iyulun əvvəlindən “Sputnik layt” peyvəndi vurulacaq.

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi Hindistan ştamının nümunələrini artıq alıb. Alimlər 3 ay ərzində virus üzərində tədqiqatlar aparacaqlar.

Paylaş:
681

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər