Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov | 1news.az | Xəbərlər
Siyasət

Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov

12:18 - 19 / 06 / 2021
Qarabağ münaqişəsi bitib, diqqətimizi gələcəyə yönəltməliyik - Ceyhun Bayramov

Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.

1news.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də "münaqişə" terminini istifadə edir:

"Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq".

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər