Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir - Vüqar Rəhimzadə

11:19 - 22 / 06 / 2021
Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir - Vüqar Rəhimzadə

Bu gün regionun və dünyanın siyasi mənzərəsinə diqqət yetirdikdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir ki, Azərbaycanın tarixi Zəfəri yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkanlar yaratmaqla yanaşı, beynəlxalq aləmi həqiqətlərə düzgün yanaşma ortaya qoymağa məcbur edir. Bu isə dünyanın yeni siyasi mənzərəsinin formalaşmasını, hüquq probleminin aradan qaldırılmasını şərtləndirir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib:

"Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi də Azərbaycanın uğurlu siyasətinin, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildən artıq dövrdə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində hazırlıq işlərinin sonda yol açdığı Qələbənin təqdimatıdır. Bu, qalib ölkənin qalib Liderinin Qələbəsi kimi də dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan etməklə yanaşı, bu bəyanatı da səsləndirirdi ki, heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacaq, haqq-ədalət gec-tez qalib olacaq.Otuz illik müstəqillik tarixinə malik Azərbaycanın 1993-cü ildən bu yana qazandığı uğurlara diqqət çəkən V.Rəhimzadə qeyd edib: “Son 17 ildən artıq dövr isə təkmilləşmə, yeniləşmə, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsi, ən əsası idarəçilik sisteminin dövrün tələblərinə uyğunlaşdırılması bugünkü reallıqların açarıdır. Azərbaycan yeni inkişaf modelini ortaya qoymaqla dünyaya inkişafın, tərəqqinin, qısa zamanda, inkişaf etmiş ölkələr sırasında necə addımlamağın mümkünlüyünün yollarını göstərdi. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması dövlətimizin xarici siyasət kursunun nümunəviliyinin təqdimatı kimi qəbul olunmalıdır”.

Son 18 ilə yaxın dövrdə Azərbaycanın dünyanın enerji xəritəsini yenidən dəyişdirdiyini vurğulayan baş redaktor deyib: “Əməkdaşlığın coğrafiyası genişləndi. Regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa doğru addımladı. Cənub Qaz Dəhlizi layihəsi uğurla başa çatdı. TANAP, TAP layihələri gerçəkləşdi. Hər layihənin uğurlu sonluqla başa çatması növbəti layihənin gündəmə gətirilməsinə səbəb olur. İqtisadi tərəqqi maliyyə imkanlarının artması ilə müşayiət olunur ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açır. Minimum pensiyanın, əməkhaqqının artırılması, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanı yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkana çevirdi. Azərbaycanın iqtisadi qüdrəti ordu quruculuğu sahəsində də mühüm işlərin görülməsini şərtləndirdi ki, bunun uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə oldu. Azərbaycan bu Zəfəri ilə, eyni zamanda, beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkə kimi də mövqeyini möhkəmləndirdi”.

“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından təcrid olunaraq kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü”, - söyləyən baş redaktor bildirib ki, işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bir daha təsdiqlədi. İqtisadi böhran içərisində çabalayan Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalmaqla büdcəsinin 70-80 faizini erməni diasporunun ayırdığı vəsait hesabına formalaşdırdı. Ermənistan 44 günlük Vətən müharibəsində məğlubiyyəti ilə illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifini alt-üst etdi. Dünya ən güclü ordunun Azərbaycan Ordusu olduğunu nəinki təsdiqlədi, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizlə müharibə təcrübəmizin öyrənilməsinin vacibliyini bildirdi. Müharibə taktikamızın dərsliklərə salınacağı inkar edilmir.

V.Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi. Döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü əldə edən Azərbaycan bir daha bu reallığı ortaya qoydu ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təbliğat uğurlu olur, eyni zamanda, qələbə ilə başa çatır. Baxmayaraq ki, Ermənistan 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə həqiqəti ört-basdır edir, yazdıqları saxta tarixi həqiqət kimi sırımağa çalışırdı. Bir sözlə, müharibədən sonra Ermənistanda yaşanan iqtisadi, siyasi böhran sonda növbədənkənar parlament seçkilərinə yol açdı. Ermənistan cəmiyyəti ayağa qalxdı, Köçəryan və Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərməyə məcbur etdi.

Düzgün müəyyənləşdirilən, hədəflərə əsaslanan siyasətin uğurların başlanğıcı olduğunu diqqətə çatdıran baş redaktor qeyd edib: “Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək və hədəfə çatmaq üçün zəruri mexanizmləri formalaşdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. 30 ilin işğalına son qoyuldu, ədalət zəfər çaldı. Ermənistanda növbədənkənar parlament seçkilərində Koçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Revanşistlər bütün qüvvələrini səfərbər etsələr də, xaricdən ciddi dəstək alsalar da, iflasa uğradılar və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldılar”.

“Seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir”, - söyləyən baş redaktor onu da bildirib ki, Nikol Paşinyanın Qərblə ciddi bağlantılarının olduğu, Soros Fondunun diktəsi ilə hərəkət etdiyi bir daha öz təsdiqini tapdı. “Qarşıdan gələn dövrdə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, işğalçı ölkə artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Dövlətimizin başçısı İlham Əliyevin təqdim etdiyi sülh modeli, yeni reallıqlar fonunda yaradılması zərurətə çevrilən əməkdaşlıq formatında Ermənistanın təmsilçiliyi işğalçı dövlətin çətinliklərdən xilası deməkdir”, - deyə o əlavə edib.

1news.az

Paylaş:
257

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər