Könül Nurullayeva AŞPA-nın sessiyasında 30 illik işğalın qadınların siyasi və ictimai qərar qəbul etmək imkanlarına mənfi təsirindən danışıb - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva AŞPA-nın sessiyasında 30 illik işğalın qadınların siyasi və ictimai qərar qəbul etmək imkanlarına mənfi təsirindən danışıb - VİDEO

16:15 - 24 / 06 / 2021
Könül Nurullayeva AŞPA-nın sessiyasında 30 illik işğalın qadınların siyasi və ictimai qərar qəbul etmək imkanlarına mənfi təsirindən danışıb - VİDEO

23 iyun 2021-ci il tarixində Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak etmişdir.

1news.az xəbər verir ki, sessiyada "Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbul etməsində iştirakının artırılması" mövzusu ətrafında çıxış edən Milli Məclisin deputatı azyaşlı, əlil, qaçqın və məcburi köçkün statuslarına sahib olan həssas qrup qadınların üzləşdiyi diskriminasiya və ictimai təyziqdən, bu qadınların siyasi və ictimai qərar qəbul etmədə qeyri-bərabər təmsil olunmasından söz açmışdır.

K. Nurullayeva çıxışında həmçinin 30 illik işğalın nəticələrinə toxunub. Bildirib ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər arasında çoxluq təşkil edən qadınlarımız siyasi və ictimai qərar qəbul etmək imkanlarından məhrum olmuşdur.

Millət vəkili həmkarlarına Azərbaycanın şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən bir ölkə olaraq, daim qadın və kişilərin bərabərhüquqluluğunun tərəfdarı olduğunu diqqətə çatdırmışdır.

Deputat K.Nurullayeva vurğulamışdır ki, qadınların dövlətin qərar qəbuledici orqanlarında "Birinci Vitse-Prezident" və "Milli Məclisin sədri" kimi vəzifələrə təyin olunması Azərbaycanda qadınların səlahiyyətlərinin təqdirəlayiq bir səviyyəyə çatmasının göstəricisidir.

Çıxışın sonunda isə deputat həmkarlarına qoşularaq, dünya ölkələrinə təmsil olunmayan qrup qadınların məruz qaldığı diskriminasiya və şiddətə qarşı yönəldilmiş siyasi mexanizmlərin tətbiqini tövsiyə etmişdir.

Reklam hüququnda

Paylaş:
405

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər