Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb

13:12 - 08 / 07 / 2021
Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb.

1news.az xəbər verir ki, burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb.

Həmin maddələri təqdim edirik:

1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin "Ağıllı şəhər" təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi - 2021-2022-ci illərdə

3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi - 2021-2022-ci illərdə

4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi - 2021-ci ildə

5. İşğaldan azad olunan bölgələrdə "Yaşı enerji" konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması - 2021-2023-cü illərdə

6. Ortaq radiomerik və radioloji araşdırmaların aparılması - 2021-2025-ci illərdə

7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə

1news.az

Paylaş:
326

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər