30 yaşlı “İKİ SAHİL” | 1news.az | Xəbərlər
Siyasət

30 yaşlı “İKİ SAHİL”

S.Xankişiyeva16:47 - 09 / 07 / 2021
30 yaşlı “İKİ SAHİL”

Azərbaycanın müstəqillik tarixinin güzgüsü

Müasir müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd, çağdaş mətbuatımızın yaranmasında və formalaşmasında öz yeri və rolu olan “İki sahil”in ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb.

“İki sahil” adı ilə bu mətbu orqanın nəşrə başlaması ilk gündən onun özü üçün bir amal seçdiyi və bu gün də sadiq qaldığı “Vahid Azərbaycan uğrunda!” devizindən aydın hiss olunur. Məlum olduğu kimi, “İki sahil”in işıq üzü görməsi ərəfəsində ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. İctimai-siyasi vəziyyətin gərginliyi bütün sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Belə bir durumda iqtisadi inkişafdan danışmaq mümkün deyildi. Bütün bu çətinliklərə baxmayaraq həmin o gərgin dövrdə “İki sahil” mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də sadiq qaldığı missiyasını uğurla icra edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, “İki sahil” yenicə nəşrə başladığı dövrdə tarixi bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın ulu öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur “91-lər”in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri “İki sahil” olub. Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda dayanan “İki sahil” üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirdiyi kimi, dövlətçilik, azərbaycançılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.” Ümummilli Liderin bu son dərəcə önəmli, qiymətli fikirləri bir daha sübut edir ki, xalqa, dövlətçiliyə xidmət bütün fəaliyyəti boyu “İki sahil”in əsas amalı olub və qəzet bu gün də həmin məramına sadiqlik nümayiş etdirir.

Qeyd etdiyimiz kimi, “İki sahil” hər zaman Heydər Əliyev ideyalarının təbliğatçısı olub. Qəzet Ümummilli Liderin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş təhlil edərək hərtərəfli işıqlandırıb. Qəzetin 15 oktyabr 1992-ci il tarixli sayında dərc edilən "91-lər”in müraciətində qeyd olunan “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar” fikri bu gün də real həyatda öz təsdiqini tapmaqdadır.

Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda inkişafın yeni mərhələsi başlandı, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. “İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr kimi, dövlətimizin bu sahədəki siyasətini, iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Bu gün paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq və quruculuq işlərinin təməlində Ulu Öndərin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi neft siyasəti və yeni neft strategiyası dayanır. “İki sahil” qəzeti bu gün ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan SOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildə işıqlandırır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində SOCAR dünyada tanınan nüfuzlu şirkətə çevrilib. Xüsusilə təqdirəlayiq haldır ki, bu gün dünyanın bir çox ölkələrində SOCAR-ın nümayəndəlikləri fəaliyyət göstərir. Təkcə ölkə iqtisadiyyatında deyil, dünya iqtisadiyyatında SOCAR-ın böyük təsir gücünə malik olan bir şirkətə çevrilməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir. SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi uğurlu investisiya layihələri qurumun beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. “İki sahil” qəzeti həyata keçirilən bu işləri geniş işıqlandırmaqla ictimaiyyəti daim qazanılan uğurlar barədə məlumatlandırır.

Ümumiyyətlə, “İki sahil” qəzetinin keçdiyi zəngin və şərəfli yola dünənin və bu günün prizmasından baxsaq açıq-aydın görərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verir. Bu texnologiyaların tətbiqi Azərbaycan reallıqlarının təbliğində fərqlənən digər mətbu orqanlar kimi, “İki sahil”in simasında da özünü açıq-aydın büruzə verir. Hazırda qəzetin “ikisahil.az” internet saytı uğurla fəaliyyət göstərir. “İki sahil”in daim yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilindən və xaricindən ən doğru və düzgün xəbərlər operativ şəkildə oxuculara çatdırılır. Bununla yanaşı, günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən verilişlərin yayımlandığı “İki sahil” internet televiziyası da izləyicilərin böyük rəğbətini qazanıb.

Artıq heç kim üçün sirr deyil ki, inkişafımızın müasir mərhələsində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, azərbaycançılıq ideologiyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximizlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bu mənada “İki sahil” hər zaman jurnalistikanın təməl prinsiplərinə sədaqətlə yanaşır, Azərbaycan reallıqlarının təbliğini yüksək səviyyədə həyata keçirir, cəmiyyətin informasiya tələbatını ödəməklə, insanlara doğru, dəqiq və operativ xəbər çatdırmaqla özünün tarixi missiyasını uğurla yerinə yetirir. Bir sözlə, xalqa, dövlətə və dövlətçiliyə xidmət “İki sahil” qəzetinin əsas amalıdır. Ona görə də tam əminliklə deyə bilərik ki, dövlətçiliyimizə xidmət vəzifəsini uğurla yerinə yetirən “İki sahil” bu gün sözün həqiqi mənasında Azərbaycanın müstəqillik tarixinin güzgüsünə çevrilib.

Paylaş:
384

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər