XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verib

S.Xankişiyeva13:12 - 10 / 07 / 2021
XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyi bununla bağlı Tvitter səhifəsində paylaşım edib:

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”.

Paylaş:
408

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər