“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qərar olduqca əhəmiyyətli idi” - Elman Nəsirov | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qərar olduqca əhəmiyyətli idi” - Elman Nəsirov

Qafar Ağayev18:04 - 14 / 07 / 2021
“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qərar olduqca əhəmiyyətli idi” - Elman Nəsirov

“Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı 2011-ci ilin iyun ayında qəbul edilmiş siyasi qərar olduqca əhəmiyyətli idi”.

Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin depuratı Elman Nəsirov deyib:

Bu qərarın, təşəbbüsün müəllifi cənab İlham Əliyev idi. Bundan 4 ay sonra 2011-ci ilin oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına seçkilər keçirildi. Həmin seçkilərdə cənab Prezidentin 4 ay əvvəl atdığı addım, yəni Qoşulmama Hərəkatına üzvlük bizim üçün çox böyük strateji qələbəni təmin etdi. Bu təşkilatın 120 üzvü birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Daha 35 dövlətin də səsi Azərbaycana oldu, 155 səslə bütün əleyhdarlarımızı şahmat adı ilə desək, mat etdik.

Bu gün də Azərbaycan bu təşkilata sədrlik edir. Cənab Prezident məlum konfransda çıxışında da bu məqamlara diqqət yetirdi. Xüsusilə də, bizim Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətimizi vurğuladı. Bu kontekstdə keçən il may ayında pandemiyaya qarşı mübarizə ilə bağlı Qoşulmama Hərəkatına üzv olan dövlətlərin zirvə görüşünün keçirilməsi, bu zirvə görüşündə cənab Prezidentin unikal təşəbbüsü, pandemiyaya qarşı beynəlxalq səyləri birləşdirmək üçün BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü".

"Keçən ilin dekabr ayının əvvəlində həmin sessiyanın reallaşması, 130-dan çox ölkənin bu ideyanı dəstəkləməsi heç şübhəsiz ki, Azərbaycan dövləti, Azərbaycan Prezidentinin çox böyük diplomatik uğurlarıdır" - deyə, deputat sözlərinə əlavə edib:

"Bütün bu təşəbbüslər Qoşulmama Hərəkatı adından reallaşdırılıb. Eyni zamanda Qoşulmama Hərəkatına üzv olan ölkələr onun fərqindədirlər ki, Azərbayacn bu Hərəkatın 30-dan çox dövlətinə pandemiyada maddi yardım etdi. Cənab Prezident eyni zamanda vurğuladı ki, Vətən Müharibəsi dövründə həmsədr dövlətlərin BMT-dəki təmsilçiləri - Fransa, ABŞ və Rusiyanın Təhlükəsizlik Şurasının üzvrləri olaraq anti-Azərbaycan bir qətnamə qəbul etməyə cəhd etdilər. Azərbaycan əleyhinə yönəlmiş bu qətnamənin Qoşulmama Hərəkatının 7 dövləti qarşısını aldı və Azərbaycanın haqq işini müdafiə etdilər. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi siyasət nəticəsində, qarşılıqlı hörmət sayəsində baş verib. Belə faktorlar bir daha nümayiş etdirir ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan sədrliyi şərəflə yerinə yetirir. Təşkilatın üzvlərin qarşılaşdığı problemlərin birgə həlli istiqamətində real addımlar atılır, bunun qarşılığında həmin təşkilatın üzvlərinin Azərbaycana dəstəyi açıq görünür, onlar haqqın, ədalətin yanında olurlar. Bütün bu məqamlar cənab Prezidentin çıxışlarında açıq-aşkar qeyd olundu”.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasəti “Bandunq prinsipləri”nə uyğundur:

“Biz bu təşkilatın üzvü olaraq, həm də sədri olaraq prinsiplərə sadiqik. Söhbət ilk növbədə dövlətlərin ərazi bütövlüyündən, suverenliyindən, sərhədlərinin toxunulmazlığından, dövlətlərarası münasibətlərdə daxili işlərə qarışmamaq, eyni zamanda bir birinə hörmət nümayiş etdirməkdən gedir. Azərbayavn bu siyasətə sadiqdir və bu gün də onu nümayiş etdirir. Artıq postmüharibə dövrüdür və Azərbaycan qalib olaraq hətta məğlub dövlətə əl uzadıb onu əməkdaşlığa dəvət edir. Bu elə “Bandunq prinsipləri”nə sadiqliyin göstəricisidir”.

Paylaş:
789

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər