Aİ Şurasının Prezidenti Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Aİ Şurasının Prezidenti Azərbaycana gəlir

13:46 - 16 / 07 / 2021
Aİ Şurasının Prezidenti Azərbaycana gəlir

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

1news.az-ın xəbərinə görə, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

“Bunun üçün Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - deyə Aİ Şurasının Prezidentinin sözçüsü bildirib.

1news.az

Paylaş:
315

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər