Fuad Dərgahlı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fuad Dərgahlı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb – FOTO

12:19 - 16 / 07 / 2021
Fuad Dərgahlı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb – FOTO

Ölkəmizdə fəaliyyət göstərən BMT-nin Rezident Koordinatorunun Ofisi tərəfindən online formatda Azərbaycandakı beynəlxalq inkişaf təşkilatları ilə görüş təşkil edildi.

1news.az xəbər verir ki, inkişaf tərəfdaşlarının ildə dörd dəfə təşkil olunan ümumi iclaslarının məqsədi tərəfdaşlara ölkənin inkişaf prioritetləri ətrafında səylərini birləşdirməkdə dəstək verməkdir.

Mütamadi olaraq bu görüşlərdə Azərbaycan hökumətinin nümayəndələri ölkənin inkişaf hədəfləri barədə iştirakçıları məlumatlandırır, onların suallarına cavab verirlər.

Bu dəfəki görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Fuad Dərgahlı da iştirak etdi. O, görüş iştirakçılarına yeni qurulmuş Agentliyin məqsəd və vəzifələri, prioritetləri haqqında məlumat verdi, həm yerli, həm də beynəlxalq təsisatlar, donorlar və digər müvafiq maliyyə institutları ilə gələcəkdə əməkdaşlıqların perspektivləri haqqında qurumun planlarından danışdı. Qeyd olundu ki, Agentlik qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək istiqamətində fəaliyyətləri həyata keçirəcək. Həmçinin, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf və təşviq etməklə mövcud sosial və iqtisadi sferada vətəndaş cəmiyyətinin tövhə verməsi üçün addımların da atılmasını nəzərdə tutan işlərin görülməsi planlaşdırılır.

Sonra o, görüş iştirakçılarının Agentliyin fəaliyyəti və QHT-lərlə bağlı qurumun gələcək planları ilə əlaqədar suallarını cavablandırdı.

Görüşdə iştirak edən bir sıra qonaqlar gələcəkdə bu cür görüşlərin keçirilməsinin ölkəmizdə fəaliyyət göstərən QHT-lərin inkişafı üçün səmərəsini qeyd etdilər və bildirdilər ki, bu cür qarşılıqlı əməkdaşlığın dərinləşməsində fayda var.

1news.az

Paylaş:
333

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər