AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

09:47 - 26 / 07 / 2021
AK Partiyanın nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

1news.az

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər