YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirilib
Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) gənclər təşkilatının sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında YAP qərargahında görüş keçirilib
1news.az-ın Trend-ə istinadən məlumatına görə, görüş zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. E.K.İnan bu səfərin çox faydalı keçdiyini diqqətə çatdıraraq YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B.İslamov isə bildirib ki, iki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik:
"Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub".