Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək

S.Xankişiyeva10:35 - 28 / 07 / 2021
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyk Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycana dəvətə görə təşəkkürün bildirən Mustafa Şentop ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra daha sıx olacağını deyib. TBMM-in sədri erməni işğalından azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycana verilməli olduğunu bildirib.

Nazir Ceyhun Bayramov əvvəlcə Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu sənəd ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək.

Nazir qeyd edib ki, parlament sədrlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə planlaşdırılan səfəri çox əhəmiyyətlidir. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Şuşaya olan səfəri bütün dünya üçün mühüm əhəmiyyət kəsb edirdi. “Şuşa Bəyannaməsi bizim üçün böyük uğurlardan biridir. 44 günlük Vətən müharibə dövründə Türkiyə daim yanımızda oldu və onun dəstəyini hiss etdik. Hazırda da Türkiyənin dəstəyini görürük və bundan fəxr edirik”, - deyə C.Bayramov bildirib.

Paylaş:
397

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər