Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir

S.Xankişiyeva15:28 - 29 / 07 / 2021
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir

“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur.

Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra istər regionda, istərsə də dünyada baş verən yeniliklər diqqət mərkəzindədir. Vətən müharibəsinin həqiqət anı kimi bu gün də geniş müzakirə olunur, dost, qardaş ölkələrin ədalətə dəstəkdən irəli gələrək Azərbaycanın yanında olmaları təqdir edilir, bu addımın müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunur. Daim yeniliklərə imza atan, təşəbbüsləri, qərarları ilə yalnız özünün deyil, region və dünya ölkələrinin inkişafına dəstək olan respublikamızın üç dost, qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsü və bu qərar əsasında onların paytaxtımızda görüşmələri təqdir olunmaqla yanaşı, imzalanan Bakı Bəyannaməsinin vəd etdiyi perspektivlər geniş müzakirə olunmaqdadır."

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

“Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu sənəd dost ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Azərbaycan-Türkiyə birliyi daim dünyaya nümunədir. Bütün anlarda bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin sarsılmazlığı Vətən müharibəsində bir daha özünü dünyaya nümayiş etdirdi. Eyni birlikdə bu gün Pakistanın da yer alması, hazırda dünyanın Azərbaycan-Türkiyə-Pakistan dostluğundan, qardaşlığından bəhs etməsi qürurvericidir. Tarixi Zəfərimiz bu birliyin də təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəkləri, Zəfərin sevincini ölkəmizlə, xalqımızla eyni şəkildə yaşamaları dövlət başçısı İlham Əliyev tərəfindən müxtəlif səviyyələrdə keçirilən görüşlərdə xüsusi qeyd olunur. Prezident İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqəti yönəldərək əminliklə bildirmişdir ki, Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşü qardaş ölkələr arasında tərəfdaşlığın inkişafı işinə xidmət edəcək.”

Baş redaktor vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz, xalqlarımız arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafı üçün parlament səviyyəsində dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi də öz əksini tapıb: “ Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasındakı proqram xarakterli nitqində qanunverici orqanın qarşıdakı dövr üçün vəzifələrindən geniş bəhs edərək tapşırıqlarını və tövsiyələrini çatdırmışdır. Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq əsas vəzifələrdən birinin parlament səviyyəsində bu və ya digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu aydın görünür. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıqların rolu inkaredilməzdir. Ölkəmiz Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birgə toplantısının keçirilməsi təşəbbüsü ilə bu rola bir daha işıq saldı.”

V.Rəhimzadə daha sonra qeyd edib ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi Bakı Bəyannaməsində xüsusi qeyd edilir: “Parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bu hədəflərə böyük töhfələr veriləcək. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda bir araya gələrək Bakı Bəyannaməsini imzalamaları da dünyaya bir çox mesajları çatdırır. Hazırkı dövrün əsas tələbi 10 noyabr Bəyanatının şərtlərinin icrasına dəstək olmaqla bölgədə sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etməkdir. Dünyanın bəzi dövlətlərinin, təşkilatların bu məsələlərdə hələ də seyrçi mövqedə dayandıqları bir zamanda Azərbaycan, Türkiyə və Pakistanın yenə də nümunə göstərərək birgə addımlar atmaları təqdirəlayiqdir.”

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan reallıqların diktə etdiyi məqamlardan biri məhz Zəfərimizlə bağlı bütün həqiqətlərin təbliği, təxribatlar törətməklə, atəşkəsi pozmaqla münaqişənin guya həll olunmadığı barədə fikirlər formalaşdırmağa səy göstərən qüvvələri hücum diplomatiyamızı gücləndirməklə yerində oturtmaq, “Dəmir yumruğ”un bu gün də yerində olduğunu onların diqqətinə çatdırmaqdır. Bakı Bəyannaməsində Azərbaycanın tarixi Zəfəri, 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması öz əksini tapıb.

V.Rəhimzadə qeyd edib ki, bütövlükdə Bakı Bəyannaməsində ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bütün münaqişəli məsələlərin həllində əsas olduğu xüsusi vurğulanır: “Bakı Bəyannaməsi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi yerinin və rolunun möhkəmləndirilməsində, dünya birliyində nüfuzunun, siyasi mövqeyinin daha da artmasında əhəmiyyətli rol oynayacaq. Dünyaya səs salan, Azərbaycan-Türkiyə birliyinin zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından ötən ay yarımdan az bir vaxtda ölkəmizin dost ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün belə bir təşəbbüsünün dəstəklənərək sonda Bakı Bəyannaməsinə yol açması bir daha təsdiqləyir ki, yeni reallıqlara uyğun olaraq gələcəyə hesablanmış hədəflərin icrasının ilk mərhələsi uğurludur. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər reallıqlarla barışmaq məcburiyyətindədirlər.”

Paylaş:
420

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər