Milli Məclisin növbədənkənar sessiyası çağırılıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

S.Xankişiyeva15:33 - 31 / 07 / 2021
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

İyulun 31-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər