Səfir: Pakistan daim Azərbaycanın yanındadır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Pakistan daim Azərbaycanın yanındadır

S.Xankişiyeva12:00 - 31 / 07 / 2021
Səfir: Pakistan daim Azərbaycanın yanındadır

Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, açılış mərasimində Pakistan Parlamentinin sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee iştirak ediblər.

Çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, bu mərkəzin açılması çox sevindirici hadisədir. Biz istərdik ki, bu mərkəz vasitəsilə Azərbaycan xalqını Pakistan mədəniyyəti ilə yaxından tanış olsun: “Bunun üçün biz də lazımi dəstək göstərəcəyik. Pakistan daim Azərbaycanın yanındadır. Müharibə dövründə, müharibədən sonra da Pakistan xalqının ürəyi Azərbaycan xalqı ilə birgədir”.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər