Deputat: Ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək

S.Xankişiyeva14:13 - 11 / 08 / 2021
Deputat: Ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək

Bir müddət əvvəl Azərbaycanda koronavirusa yoluxmanın minimuma enməsi Nazirlər Kabineti yanında Operativ Qərargaha bir çox məhdudiyyətləri aradan qaldırmağa imkan verdi.

Bununla belə, bəzi şərtlər irəli sürüldü ki, hər kəsin onlara əməl etməsi vacib sayıldı. Təəssüf ki, bir çox insanlar bu şərtləri qulaqardına vurmağı sanki bir qəhrəmanlıq hesab etməyə başladılar, məsələn, açıq havada maskasız gəzməyə icazə verildi, adamlar qapalı məkanlarda da maska taxmadılar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib. Deputat deyib: “Toy məclisləri ilə bağlı aparılan monitorinqlər göstərdi ki, adamlar nəinki vaksinasiya pasportu olmadan məclislərə axışır, hətta toylarda iştirakçı sayına qoyulan məhdudiyyətlər də çox vaxt kobud şəkildə pozulur. Küçələrdə, idarə-müəssisələrdə dezinfeksiya işləri arxa plana keçirildi, hətta bir çox böyük marketlərdə dezinfeksiya vasitələri yoxa çıxdı və s.

Nəticə göz qabağındadır, yoluxanların, aktiv xəstələrin və ölüm hallarının sayı sürətlə artmağa başladı. İki həftə əvvəl Azərbaycanda yeni yoluxanların sayı 200-dən bir qədər çox idisə, bu gün 2000-ə yaxınlaşır. 1000 nəfərə qədər aşağı düşən aktiv xəstələrin sayının 15 minə çatmasına bu gün az qalır. Gündəlik ölüm sayı sıfıra qədər düşdüyü halda bu gün 10 nəfəri keçib.

Yaddan çıxarmaq lazım deyil ki, hazırda koronavirusun meydana çıxan yeni mutasiyaları müxtəlif ölkələrdə sürətlə yayılmaqdadır, xüsusilə Rusiya, İran, Gürcüstan kimi qonşu ölkələrdə COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunmaqdadır.

Qarşıda bizi daha narahatedici proqnozlar gözləyir, belə ki, yay tətili günlərində müxtəlif ölkələrə üz tutan soydaşlarımız bir müddətdən sonra geri dönəcək və onların potensial virus daşıyıcısı ola bilməsi ehtimalı yüksəkdir.

Ona görə də ölkəmizdə virusa yoluxanların sayında artım davam edəcəksə, məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək, Operativ Qərargah yaxın zamanlarda bir sıra önləyici tədbirlər görmək məcburiyyətində qalacaq. Yeganə çıxış yolu hər kəsin qoyulan tələblərə ciddi əməl etməsi, peyvəndləmə işinin sürətlə və kütləvi şəkildə aparılmasıdır”.

Paylaş:
500

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər