Ermənistan silahlı qüvvələri Tovuzdakı mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri Tovuzdakı mövqelərimizi atəşə tutub

S.Xankişiyeva12:01 - 14 / 08 / 2021
Ermənistan silahlı qüvvələri Tovuzdakı mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
946

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər