Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib

12:36 - 16 / 08 / 2021
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

1news.az

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər