“Vaxtında durdurulmalıdır ki, sonradan “sürpriz” kimi ortaya çıxmasın” - Müşfiq Ələsgərli | 1news.az | Xəbərlər
Siyasət

“Vaxtında durdurulmalıdır ki, sonradan “sürpriz” kimi ortaya çıxmasın” - Müşfiq Ələsgərli

15:15 - 19 / 08 / 2021
“Vaxtında durdurulmalıdır ki, sonradan “sürpriz” kimi ortaya çıxmasın” - Müşfiq Ələsgərli

“Böyük dövlətlərin niyyətləri dünyada sülh yaratmaq deyil. Əksinə, məqsədləri mövcud problemləri dərinləşdirməkdir, dünyanı bu problemlər üzərindən yönəltməkdir, idarə etməkdir. Əfqanıstanda sülhün qarantı kimi çıxış edən dövlətlərin, başda ABŞ olmaqla, son davranışları bu tezisləri bir daha təsdiqlədi.

Ölkədə sabitliyin bərqərar olması an məsələsi ikən, gözlənilmədən “sülhməramlı” qüvvələrini geri çəkdilər, “Taliban”ın qol-qanad açmasına, ölkəni yenidən ələ keçirməsinə, problemlər məngənəsinə salmasına şərait yaratdılar. Bu davarnışların heç bir izahı yoxdur: görünən budur ki, böyük dövlətlər bu coğrafiyada problemərin bitməsini istəmirlər. Amma Əfqanıstanda yaşananlar daha qabarıq, daha çılpaq göründüyü üçün bu qədər müzakirə edilir. Əslində bənzər situasiya bir az qapalı, az görünən formada düyanın əksər nöqtələrində mövcuddur. O cümlədən, Ermənistanın Azərbaycana qarşı yaratdığı problemlər də bu qəbildəndir. Sadəcə, milli düşüncəli, fəhmli, iradəli rəhbəri, siyasi elitası olmayan xalqlar böyük dövlətlərin toruna daha tez düşürlər, daha dərin problemlərlə üzləşirlər, daha çox əziyyət çəkirlər, qurbana çevrilirlər. Ayıq, iradəli lideri, siyasi elitası olan xalqlar isə müqavimət göstərə bilirlər, vəziyyətdən daha az itki ilə çıxırlar”

Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi.

Sədr müavini əlavə etdi ki, Prezidenti İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibəsində bu elementləri görmək mümkündür. Müsahibədən aydın olur ki, 44 günlük müharibə ərəfəsində kifayət qədər təzyiqlər, tərəddüdlər olub, prosesi fərqli yönə yönəltmək istəyənlər tapılıb. Amma yekunda qətiyyət, dəmir iradə qalib gəlib: “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən... dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi? Müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”. Prezident İlham Əliyev həmin anlarda qətiyyətli, cəsarətli, vətənpərvərlik nümunəsini göstərməsəydi, kənar diqtələri dinləsəydi, yəqin ki, Azərbaycandakı durum da digərlərindən fərqli olmazdı.

Ölkəmizə qarşı ikili yanaşmaların davam etdiyini deyən Müşfiq Ələsgərli vurğuladı ki, təzyiq göstərmək, yolundan çəkindirmək istəyənlər yenə də mövcuddurlar. Azərbaycan müharibə bölgəsinə sülhməramlı adıyla yerləşmiş Rusiyadan istəyir ki, üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini təmin etsin. Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi Rusiya bölgədə sülhün bərqərar olunmasına çalışsın, səylərini artırsın. Müharibənin nəticələrini qəbul etmiş Ermənistan cəmiyyətini fərqli istiqamətlərə yönləndirməsin, Ermənistanı silahlandırmaqdan çəkinsin. Qonşuluqda olan böyük dövlətin yanlış hərəkətləri vaxtında durdurulmalıdır ki, sonradan “sürpriz” kimi ortaya çıxmasın. Azərbaycan rəhbərliyi də indi bunu edir.

Aytən Sakitqızı

Paylaş:
529

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər