Ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyət | 1news.az | Xəbərlər
Siyasət

Ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyət

17:13 - 25 / 08 / 2021
Ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyət

26 avqust – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu gün xalqımız Azərbaycanın birinci xanımının timsalında ölkəmizin bu gününün və sabahının inkişafını təmin edən Möhtərəm Prezidentimiz İlham Əliyevin yaxın silahdaşını və fədakar yardımçısını görür. Onun ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti insan həyatının ən vacib sahələrinin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ənənələrini qoruyan, inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir. Tam əminliklə deyə bilərik ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

O, Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın əhatəli fəaliyyətinə daha bir məsuliyyətli vəzifəni icra etmək də əlavə olunub. Belə ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında sədrin birinci müavini vəzifəsinə irəli sürülməsi ona göstərilən böyük etimad idi.

Onun istənilən uğuru istedadına, həsrət aparacaq intuisiyasına, möhkəm iradə, insanları arxasınca aparmaq bacarığına əsaslanır.

Çətin pandemiya günlərində ölkəmizdə yaşanan böhran zamanı da Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı uğurla həyata keçirilmişdir.

Mehriban Əliyevanın rəhbəriyi ilə Heydər Əliyev Fondunun 44 günlük İkinci Qarabağ-Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparması danılmazdır.

Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda onun rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yarandı. Ən əsası, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş bu gün də müvəffəqiyyətlə davam etdirilir. Sözsüz ki, Möhtərəm Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən könüllülük fəaliyyətinin inkişafına göstərilən yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir Azərbaycan xanımının dünyaya bəyan etdiyi yüksək tolerantlıq və mültikultural dəyərlərə sadiqliyinin əyani təzahürüdür.

Bu gün onun gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının – Mehriban Əliyevanın adı xüsusi olaraq vurğulanır. Ona verilən yüksək adlar, şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun bariz nümunəsidir.

“Hər bir vətəndaş dövlətinin və cəmiyyətinin inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalıdır, bunu özü üçün bir vətəndaşlıq borcu kimi qəbul etməlidir. Həmişə öz ləyaqətini saxlamaq, özünə və prinsiplərinə sadiq olmaq!”. Mehriban xanım Əliyeva bu həyat devizi ilə yaşayır və uğurlar bir-birini əvəz edir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
500

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər