“Yalnız bu halda yenidən qapanmalara gedilməyəcək” - Deputat vacib səbəbi AÇIQLADI | 1news.az | Xəbərlər
Siyasət

“Yalnız bu halda yenidən qapanmalara gedilməyəcək” - Deputat vacib səbəbi AÇIQLADI

11:00 - 31 / 08 / 2021
“Yalnız bu halda yenidən qapanmalara gedilməyəcək” - Deputat vacib səbəbi AÇIQLADI

"İl yarımdan çoxdur ki, koronavirus infeksiyası həyatımızı dəyişib”.

Bu sözləri 1news.az- a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib

“Gündəlik davranışlarımıza yeni qaydalar gətirib, yeni norma və tələblərin icrası zərurətə çevrilib. Bu müddət ərzində müşahidə etdik ki, ölkədə sərt qaydalar tətbiq edilərək, insanların təması minimuma düşəndə COVİD 19-a yoluxamlar kəskin azalır. Hətta bir ay əvvəl gündəlik yoluxmaların dinamikası 200 nəfərin ətrafında olduğu halda, müvafiq məhdudiyyətlərin aradan qalxması nəticəsində indi artaraq 4000-ə çatıb. Bu, onu deməyimizə imkan verir ki, yoluxmaların yeni dalğası həyatımıza girib və yenidən özümüzün davranışlarımızda normalara ciddi yanaşmağımızı tələb edir".

Deputat əlavə edib ki, bu normalar əsasən ÜST-in müəyyən etdiyi üç qızıl qaydadan və vaksinləşmədən ibarətdir.

“Qapalı məkanlarda tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici vasitələrdən istifadə olunması və əhalimizin kütləvi vaksinləşmədən keçirməsidir. Biz yaddan çıxarmamalıyıq ki, koronavirus infeksiyası bizimlə yaşayır. Əgər biz özümüzü məsuliyyətli aparmasaq hər an yoluxa bilərik. Ona görə də üç qızıl qaydanı yaddımızdan heç vaxt çıxarmamalıyıq. Həm də kütləvi tədbirlərdən uzaq durmalı, canlı ünsiyyətimizi minimuma endirməliyik. Biz bu qaydalara dövlət orqanlarının təsiri ilə yox, düşünülmüş şəkildə riayət etməliyik. Əgər yeni qapanmalara getmək istəmiriksə və yaşadığımız həyatımıza davamını istəyiriksə, mütləq hamı bu qaydalara əməl etməlidir.

Düzdür, vaksinləşmə 100 faiz yoluxmaqdan qorumur. Amma vaksinləşmiş şəxslər COVİD-19 infeksiyasına yoluxanda xəstəliyi yüngül keçirirlər. Hətta ölüm hallar yox dərəcəsinə enir. Mütəxəssislərin araşdırmasına görə ölkəmizdə gündəlik yoluxanların 97 faizi vaksin vurdurmayan şəxslərdir. Əgər biz virusa yoluxanda hansı əziyyətə düçar olunduğunu görürüksə, niyə vaksin vurmaqdan yayınmalıyıq? Təbii ki, bunun bir cavabı olduğunu düşünürəm. Maariflənmə zəifdir. Cəmiyyətdə vaksinlərlə bağlı fərqli fikirləri səsləndirənləri də görürük. Amma biz yaddan çıxartmamalıyıq ki, bəşər tarixində baş vermiş bütün pandemiyaların qarşısı vaksinlərlə alınıb. COVİD-19 infeksiyasına da ancaq vaksinlə qalib gəlmək mümkündür və bunun alternativi yoxdur. Ona görə də yaxınlarımızdan, qohumlarımızdan kimlər vaksin vurdurmayıblarsa, onlara izah etməliyik ki, koronavirus infeksiyasının yaradacağı fəsadlardan qorunmaq üçün mütləq şəkildə vaksin vurulmalıdır. Həm də düşünürəm ki, KİV-də və televiziya kanallarında əhalinin maarifləndirilməsi istiqamətində işlər intensivləşməlidir. Mütəxəssislər televiziya ekranlarına çıxmalı və vaksinlərin elmi izahını verməklə iki fikirli olan insanları maarifləndirilməli və vaksinasiya dəvət olunmalıdır”.

Aytən Sakitqızı

Paylaş:
880

Son xəbərlər

Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29
Bütün xəbərlər