Molla rejimi ilə əli müsəlman qanına batan Ermənistan hakimiyyətinin “dostluğu” region üçün nə vəd edir? - TƏHLİL
“Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir?. "Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”.
Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində İranın son addımı barədə səsləndirdiyi bu fikirlər görünür İran hakimiyyətinin boğazında qalıb. Çünki müsahibənin ardınca İran tərəfinin xoflu reaksiyası gecikmədi. Məsələ ilə bağlı rəsmilərin hərəsi bir cür açıqlama versə də, görünən odur ki, Ali Baş Komandanın haqlı olaraq səsləndirdiyi bu fikirləri həzm etməyə nə mədələri var, nə də bağırsaqları.
Görünür İran hakimiyyyətinin siyasi təməli gəmidə oturub, gəmiçi ilə dava etmək prinsipi üzərində qurulub. Dini İslam olan bir ölkənin rəhbərinin əli müsəlman qanına batan digər terrorçu ölkənin rəhbərinin “əlini sıxması” müsəlman həmrəyliyindən danışan bir ölkənin nə dərəcədə “ciddi mövqe” sərglədiyini ortaya qoyur. Bu azmış kimi Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin nümayişkaranə şəkildə sərgilənməsi, rəsmi şəxslərin bir-birinin ünvanına səsləndirdiyi epitetlər, təriflər deməyə əsas verir ki, müsəlman ölkəsinin bu addımı regiondakı sülhün bərqərar olmasına birbaşa təsir edir.
Elə götürək İranın son hərəkətini. Yəni sərhəddə “tez-bazar ” və heç bir məntiqə sığmayan hərbi təlimlər keçirməsi bir daha bu rejimin Azərbaycana qarşı hansı mövqe sərgilədiyini ortaya qoydu. Belə ki, ermənipərəst siyasəti ilə daima özünü çılpaq şəkildə büruzə verən İran molla rejiminin keçirdiyi son hərbi təlimlər ucuz şoudan başqa bir şey deyil.
Xatırladaq müharibədən sonra İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə yanacağın daşınmasına Azərbaycan tərərfinin narahatlığı nədənsə qulaqardına vurulurdu. Amma Azərbaycan heç vaxtı öz ərazisindən üçünçü ölkələrin İrana qarşı itifadə etməsinə imkan verməyib. Hətta buna cəhd edənlər də layiqli cavabını alıblar. İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar .
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa 1news.az-a açıqlamasında İranla Azərbaycan arasındakı münasibətlərin hər zaman mehriban qonşuluq siyasətinə dayandığını söyləyib: “Biz çalışmışıq ki, iqdisadi əməkdaşlıq prizması baxımından bu əməkdaşlığı daha da möhkəmləndirək. İranın Ermənistana dəstək verməsi və Azərbaycanın qələbəsindən sonra bu dəstəyi intensivləşdirməsi Azərbaycanda narahatlıq yaradıb. Biz məsələ ilə bağlı İran tərəfinə öz fkirlərimizi çatdırmışıq. Azərbaycanda Türkiyə-Pakistan-Azərbaycan hərbi təlimlərinin keçirildiyi bir vaxtda İranın buna qarşılıq olaraq Arazla sərhədboyu ərazilərdə hərbi təlimlər keçirməklə cavab verdi.
Müsəlman həmrəyliyindən dəm vuran ölkənin müsəlmanlarla bir yerdə olması lazım olduğu halda, Ermənistanla birgə hərəkət etməsi narahatlıq yaradır. İranın bu siyasəti müəyyən dərəcədə bölgədə sabitliyin, sülhün bərqərar olmasına imkan vermir. İran əksinə, Ermənistana təzyiq göstərərək barışa yönləndirmək əvəzinə Azərbaycana qarşı təhdidlər səsləndirir. Bundan başqa ayrı-ayrı əmmaməli mollaların təzyiqi ilə müəyyən dərəcədə Azərbaycanla bağlı uyğun olmayan fikirlər səsləndirir. Bu isə normal münasibətlərin inkişafına mane olur”.
Millət vəkili bildirdi ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində İranla davranışa üstünlük verir: “İrana bildiririk ki, məscidləri dağıdan, orada donuz saxlayan Ermənistanla hər hansı şəkildə münasibətlərin qurulması bizi təəssüflləndirsə də, bu addımı atmaq dini təəssüfkeşlikdən uzaq olmaq deməkdir. Biz bunun üzərində çox durmuruq, çünki bizi maraqlandıran öz ərazimizlə bağlı məsələdir. Bizim ərazimizdə yaşayan erməni terrorçulara, separatçılara İranın dəstək verməsi yolverilməzdir.
Digər tərəfdən bölgədə kommunikasiya xətlərinin açılmasına da biz təkid edirik. Burada İranın da maraqları var. Məsələ onun da xeyrinə olacaq səviyyədə həllini taparsa, İran da təcrid olunmadan sanksiyalardan müəyyən dərəcədə uzaqlaşa bilər. İran bunu təşviq etmək əvəzinə gərginliyi qaldırmaq yolunu tutursa, bu olduqca narahatedici məqamdır. Biz çalışmalıyıq ki, məsələlər gərginliyin azalması istiqamətində dialoq yolu ilə həllini tapsın. Bütün hallarda əgər Ermənistana dəstək vermə siyasəti davan edərsə, Azərbaycan təbii ki, bunun qarşılığını verə biləcək addımlar barədə düşünəcək.
Bizim üçün qırmızı xətt Azərbaycanın beynəlxalq hüquqları çərçivəsindı tanınan əraziləridir, orada suverenliyin bərpa olunmasıdır. Diqqətə çatıdırm ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində belə bir mövqeyə görə cəzalandırıldı. Ümid edirik ki, digər dövlətlər də bundan dərs çıxaracaqlar”.
Aytən Sakitqızı