“Qlobal Bakı forumları dünya əhəmiyyətlidir” – Tural İmayılov

“Nizami Gəncəvi Mərkəzinin paytaxtımızda keçirdiyi qlobal forumlar ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir”.
Bu fikirləri 1news.az-a açıqlamasında STM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib:
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tarixi, keçdiyi inkişaf yolu göstərir ki, Mərkəz qısa zamanda dünyanın ən önəmli fikir və müzakirə platformalarından biri halına gəlib. Dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi nəticəsində Mərkəzin nüfuzu hər keçən gün daha da artır. Təşkilatda bilik, təcrübə və müdrikliyi ilə seçilən intellektual dairələrin birləşib, buranın üzvləri və rəhbərliyi dünya siyasət tarixində daim xatırlanan simalardır. Ümumilikdə isə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasın dahi şairə hörmətin nümunəsidir. Bundan əvvəl də ölkədə “Nəsimi ili” elan edilmişdi”.
Ekspert bildirib ki, dövlət başçısının Forumdakı çıxışı informasiya sferasında ölkəmizə dividentlər gətirir:
“Cənab Prezident Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan modelinin önəmini bir daha nümayiş etdirdi. Azərbaycanda qısa zamanda tibbi infrastrukturun pandemiya ilə əmərəli mübarizə məqsədlərinə uyğunlaşdırılması, bu sahədə görülən işlər, o cümlədən 13 yeni xəstəxananın açılması və 4 min əlavə çarpayının yaradılması, tibbi ləvazimatların alınması ölkədəki siyasətin çevikliyini nümayiş etdirir. Sosial yardım paketlərinin həyata keçirilməsi, 2.9 milyard dollar həcmində dövlət büdcəsindən ayrılan vəsaitin pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilməsi, biznes sahəsinə dövlət dəstəyinin həyata keçirilməsi dünyəvi böhranlarda dövlətin sosial siyasətinin nə qədər örnək olduğunu göstərir. Dünyada ilk ölkələr sırasında Azərbaycanın vaksinasiya kampaniyasına başlayıb və onu uğurla həyata keçirib. Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfələr qazandırıb, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırıb, 30-dan artıq ölkəyə dəstək olub.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Azərbaycanın vaksin ayrı-seçkiliyinə, millətçiliyinə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri olması, bu problemə son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi, o cümlədən 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürməsi dünyada pandemiyaya qarşı qlobal müqavimətdə model yaradır”.
Dövlət başçısının Azərbaycanın Qarabağ zəfəri və ölkəmizin enerji təhlükəsizliyindəki rolu barədə olan çıxışının vacibliyini qeyd edən ekspert Ermənistan təxribatlarının real mənzərəsinin bir daha dünyaya təqdim edildiyini deyib.
1news.az