Mair Ələkbərova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi | 1news.az | Xəbərlər
Rəsmi

Mair Ələkbərova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

S.Xankişiyeva16:09 - 04 / 11 / 2021
Mair Ələkbərova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev M.M.Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

- Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər