Naxçıvan Qaz İstismar Xidməti ləğv edilib

Naxçıvan Muxtar Respublikası (MR) Qaz İstismar Xidməti ləğv olunub.
1news.az report-a istinadən xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan MR Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında" 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı ləğv edilib.
52











