Kəlbəcərdə 10 ayda 12 milyon manatlıq sənaye məhsulu istehsal edilib

25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə rayonun sosial-iqtisadi göstəriciləri açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Kəlbəcər rayonunda 12 milyon 31,3 min manat dəyərində sənaye məhsulu istehsal olunub.
Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib. Bunun 46,7 min manatı bitkiçilik, 61 milyon 602,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 487 milyon 111 min manat investisiya yönəldilib.
2026-cı il oktyabrın 1-i vəziyyətinə Kəlbəcər rayonunda muzdla çalışan işçilərin sayı 5,5 min nəfər olub. Onların orta aylıq nominal əməkhaqqı 754,3 manat təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Kəlbəcər rayonunda 148 yeni iş yeri açılıb.











