“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi

1news Redaksiyası11:08 - Bu gün
“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi

Binəqədi Rayon Məhkəməsində "Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və "Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq materiallarına əsasən, "Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə kompleksin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və "Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Paylaş:
29

Son xəbərlər

Bütün xəbərlər